Putin Hindistana getdi

Putin Hindistana getdi
DÜNYA
09:55 11.09.2026
64
Rusiya Prezidenti Vladimir Putin Hindistana işgüzar səfər edib. O, Hindistanda 18-ci BRICS sammitində iştirak edəcək.

AZXEBER.COM xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunur ki, Putin Hindistanın Baş naziri Narendra Modi ilə ikitərəfli görüş keçirəcək.

Sentyabrın 13-də BRICS tərəfdaş ölkələrinin liderlərinin, dəvət olunmuş dövlətlərin nümayəndələrinin və beynəlxalq təşkilatların rəhbərlərinin iştirakı ilə inklüziv qlobal artım və davamlı inkişafa həsr olunmuş genişləndirilmiş açıq görüş keçiriləcək.
OXŞAR XƏBƏRLƏR