Putin: Çin Rusiyanın enerji resurslarının ən böyük istehlakçısıdır

DÜNYA
16:15 21.01.2025
121
Rusiya Prezidenti Vladimir Putin Çinlə ticarət həcminin 220 milyard dolları keçdiyini açıqlayıb.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Putin bunu Çin sədri Si Cinpin videokonfrans formatındakı görüşündə deyib.

Görüş zamanı Putin ötən ilin Rusiya-Çin münasibətləri üçün son dərəcə məhsuldar olduğunu, Şanxay Əməkdaşlıq Təşkilatı və BRİKS-də keçirilən sammitlərdə faydalı məsləhətləşmələr apardıqlarını bildirib.

Rusiya qazını Çinə daşıyan "Sibirin Gücü” boru kəmərinin 5 il əvvəl fəaliyyətə başladığını xatırladan Putin bunları qeyd edib:

"Çin Rusiyanın enerji resurslarının ən böyük istehlakçısıdır. Biz Çinə neft ixracına görə birinci yerdəyik. Sənaye, nəqliyyat, kənd təsərrüfatı və digər sahələrdə uğurlu birgə layihələr həyata keçiririk”.
 
Cəmalə
 

OXŞAR XƏBƏRLƏR