Putin İsrailə xəbərdarlıq etdi: Ciddi nəticələr olacaq

Putin İsrailə xəbərdarlıq etdi: Ciddi nəticələr olacaq
SİYASƏT
08:19 14.10.2023
526
Rusiya Prezidenti Vladimir Putin İsrailin Qəzzada planlaşdırdığı quru əməliyyatlarla bağlı çox ciddi xəbərdarlıq edib. 

AZXEBER.COM Rusiya mətbuatına istinadən xəbər verir ki, İsrail-HƏMAS müharibəsinin 7-ci günündə Putin quru əməliyyatının bütün tərəflər üçün ciddi nəticələrə səbəb olacağını bildirib.

Quru əməliyyatlara hazırlaşan İsrail ordusu Qəzzaya raketlərlə hücuma başlayıb. 

"BU müharibənin ABŞ-ın Yaxın Şərqdəki uğursuz siyasətinin birbaşa nəticəsi olduğunu” deyən Rusiya lideri Fələstin-İsrail münaqişəsinin gərginləşməsinə diqqət çəkib. 
 
Günel
OXŞAR XƏBƏRLƏR