Putin Jirinovskiyə xəbərdarlıq etdi

DÜNYA
10:20 07.11.2013
1103
Rusiya prezidenti Vladimir Putin Liberal Demokratlar Partiyasın lideri Vladimir Jirinovskiyə xəbərdarlıq edib. ANS PRESS-in “Kommersant”a istinadən verdiyi məlumata görə, Vladimir Jirinovskini qəbul edən dövlət başçısı Şimali Qafqazda doğum sayının məhdudlaşdırılması ilə bağlı verdiyi bəyanatı ilə bağlı danışıb. O, LDP liderini öz elektoratını Rusiyanın fundamental maraqlarına ziyan vurmağa yönəltməməyə çağırıb.Görüşdə Vladimir Jirinovski həmçinin miqrantlarla bağlı problemi də qaldırıb və bildirib ki, miqrantlarla bağlı problemi həll etmək üçün miqrantları işlə təmin edənlərə qarşı cəzalar sərtləşdirilməlidir. Onun sözlərinə görə, əgər miqratnları işə götürənlərin qarşısında bir sıra tələblər, o cümlədən, yataqxana, tibbi xidmət şərtləri qoyulsa, onda miqrantları işə götürmək onlara sərf etməyəcək.Lakin dövlət başçısı bildirib ki, miqrantlara qarşı sərt tədbirlərin əleyhinədir. Onun sözlərinə görə, buna görə qanunu sərtləşdirməyə ehtiyac yoxdur, miqrantların qayda-qanuna hörmət etmələri üçün mövcud qanunlar yetərlidir.“LDP liderinin stabil elektoratı iki onillik ərzində inkişaf edib. Mən hesab edirəm ki, öz elektoratınızı Rusiyanın fundamental maraqlarına zərbə vurmağa yönəltməyinizə ehtiyac yoxdur”.

OXŞAR XƏBƏRLƏR