Sergey Şoyqu Putindən Krımda olan Ukrayna hərbi texnikasının Rəsmi Kiyevə qaytarılmasını xahiş edib
Putin Krım hərbi hissələrində olan hərbi texnikanın bir hissəsini Ukraynaya verilməsilə bağlı əmr verib.
ANS PRESS-in məlumatına görə, Rusiya müdafiə naziri Sergey Şoyqu prezidentə məlumat verib ki, Ukrayna ordusunun bölmələri Krımdan çıxıb.
Serqey Şoyqu həmçinin ikili vətəndaşlıq üçün məsuliyyət haqqında da danışıb. O eyni zamanda bildirib ki, bütün gəmilərdə və Rusiya ordusunun tərəfinə keçmiş bütün bölmələrdə dövlət atributlarının dəyişdirilməsi başa çatıb.
Daha sonra o, Krımda olan Ukrayna hərbi texnikasının rəsmi Kiyevə qaytarılmasını Putindən xahiş edib. Sergey Şoyqu qeyd edib ki, Putin razıdır və əmr verib ki, tapşırıq icra edilsin.