Putin Maduroya zəng etdi - Ona dəstək oldu

Putin Maduroya zəng etdi - Ona dəstək oldu
DÜNYA
22:04 24.01.2019
6097
Rusiya prezidenti Vladimir Putin Venesueala prezidenti Nikolas Maduroya telefon zəngi edib.

AZXEBER.COM "Qafqazinfo”ya istinadən xəbər verir ki, rusiyalı lider Venesuelanın qanuni prezidentinə dəstək olduğunu bildirib. Putin qeyd edib ki, Venesuelaya xarici destruktiv müdaxilələr beynəlxalq hüquq normalarının kobud şəkildə pozulmasıdır.

Maduro cavabında rusiyalı həmkarına minnətdarlığını bildirib. Telefon danışığı zamanı tərəflər müxtəlif sferalarda ikitərəfli əlaqələrin inkişafının davam etdirilməsi barədə razılığa gəliblər.
OXŞAR XƏBƏRLƏR