Putin Makronla Qarabağdan danışıb

Putin Makronla Qarabağdan danışıb
DÜNYA
21:02 19.08.2021
1099
Rusiya Prezidenti Vladimir Putin və Fransa Prezidenti Emmanuel Makron arasında telefon danışığı olub.

AZXEBER.COM TASS-a istinadən xəbər verir ki, tərəflər danışıq zamanı Əfqanıstanda, o cümlədən BMT Təhlükəsizlik Şurası və G20 - Kreml çərçivəsində sülh və sabitliyin bərqərar olunmasına töhfə verməyə hazır olduqlarını bildiriblər.

Həmçinin söhbət əsnasında Ukraynanın cənub-şərqində gərginliyin davam etməsindən narahatlıq ifadə edilib.

Bununla yanaşı, Putin və Makron, ilk növbədə, ATƏT-in Minsk Qrupunun üzvləri kimi Qarabağ üzrə danışıqların aspektləri üzərində daha çox iş görməyə sadiq olduqlarını vurğulayıblar.
OXŞAR XƏBƏRLƏR