Putin miqrantlarla bağlı qanunu sərtləşdirdi

Putin miqrantlarla bağlı qanunu sərtləşdirdi
DÜNYA
20:32 26.07.2026
136
Rusiya Prezidenti Vladimir Putin miqrantların gəlirlərinə dair tələblərin sərtləşdirilməsini nəzərdə tutan yeni qanunu imzalayıb.

AZXEBER.COM xəbər verir ki, hüquqi aktların rəsmi dərc edildiyi portalda yerləşdirilən sənədə əsasən, Rusiyada çalışan əcnəbilər özlərini və öhdəliyində olan ailə üzvlərini dolandırmaq məcburiyyətində olacaqlar.

Təminat səviyyəsi miqrantın işlədiyi region üzrə regional əmsala vurulmuş adambaşına düşən yaşayış minimumundan aşağı ola bilməz. Miqrant eyni vaxtda bir neçə regionda fəaliyyət göstərərsə, hesablama ən yüksək yaşayış minimumu əsasında aparılacaq. Bundan əlavə, həmin məbləğ müvafiq subyektdəki orta aylıq əməkhaqqından çox olmamalıdır.

Xatırladaq ki, bir qədər əvvəl Dövlət Dumasının sədri Vyaçeslav Volodin miqrantların ölkədən çıxarılmasına (deportasiyasına) səbəb olan hüquqpozmaların siyahısının iki dəfədən çox artırılacağını bildirmişdi. Daxil olan düzəlişlərdən sonra deportasiya nəzərdə tutulan maddələrin sayı 22-dən 45-ə qaldırılıb.
OXŞAR XƏBƏRLƏR