Putin Modi ilə görüşmək üçün Hindistana səfər edəcək

Putin Modi ilə görüşmək üçün Hindistana səfər edəcək
DÜNYA
19:24 01.10.2025
155
Rusiya Prezidenti Vladimir Putin Hindistanın Baş naziri Narendra Modi ilə görüşmək üçün dekabrın 5-6-da Hindistana səfərə gedəcək.

Bu barədə "NDTV” məlumat verib.

Qeyd olunur ki, bu yüksək səviyyəli səfər barədə ilk dəfə Hindistanın milli təhlükəsizlik müşaviri Acit Dovalın avqust ayında Moskvaya səfəri zamanı məlumat verilmişdi, lakin o vaxt səfərin tarixi hələ dəqiq müəyyən edilməmişdi.

Rəsmi səfər Nyu-Dehli və Vaşinqton arasında artan gərginlik fonunda baş tutacaq.
 
///Apa
OXŞAR XƏBƏRLƏR