Rusiya lideri Vladimir Putinlə Özbəkistan Prezidenti Şövkət Mirziyoyev arasında telefon danışığı baş tutub.
AZXEBER.COM Axar.az-a istinadla xəbər verir ki, bu barədə Kreml məlumat yayıb.
Telefon danışığında Putin "Donbasın müdafiəsi üçün” Ukraynada başladılan xüsusi hərbi əməliyyat haqda məlumat verib.
"Özbəkistan tərəfinin təşəbbüsü ilə baş tutan telefon danışığında Rusiya Prezidenti Putin Donbasın müdafiəsi üçün aparılan hərbi əməliyyat haqda qarşı tərəfi məlumatlandırıb. Özbəkistan Prezidenti Rusiya tərəfinin fəaliyyətini və mövqeyini anlayışla qarşıladığını bildirib”, - məlumatda qeyd edilib.