Yenidən prezident seçildikdən sonra üçüncü xarici səfərini Özbəkistana edən Rusiya Prezidenti Vladimir Putin mətbuat konfransı keçirib.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Ukraynanın Qərbdən aldığı uzaqmənzilli dəqiq silahlarla Rusiya ərazisini vurması ehtimalına diqqət çəkən Rusiya Prezidenti Vladimir Putin maraqlı açıqlamalar verib.
"NATO ölkələri və Avropadakı kiçik ölkələrin nümayəndələri nə ilə oynadıqlarını bilməlidirlər. Biz yaxşı bilirik ki, Ukraynada muzdlular var. Bu yeni bir şey deyil. Biz uzun müddətdir ki, radio verilişlərində ingilis, fransız və ya polyak dillərində söhbətlər eşidirik. Uzaq mənzilli silahların istifadəsinə gəlincə, onları kim istifadə edir və ya saxlayır? Təlimçilər, əlbəttə ki, muzdlu əsgər kimi maskalanırlar. Onlar oradadır və biz itkilər veririk. Orada olsalar, silahlı qüvvələrimizin hədəfi olacaqlar", - deyə o açıqlamasında bildirib.
Putin bəyan edib ki, qərblilər Ukraynaya qoşun yeritmək qərarına gəlsələr, bunun mənfi nəticələri olacaq.
Ayşən