Putin Netanyahu ilə Qəzzadakı vəziyyəti müzakirə edib

Putin Netanyahu ilə Qəzzadakı vəziyyəti müzakirə edib
DÜNYA
03:44 16.11.2025
190
Rusiya Prezidenti Vladimir Putin İsrailin Baş naziri Benyamin Netanyahu ilə telefon danışığı aparıb.

Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

"Yaxın Şərq regionundakı vəziyyət, o cümlədən Qəzza zolağında atəşkəsin həyata keçirilməsi və saxlanılan şəxslərin mübadiləsi kontekstində vəziyyətin inkişafı, İranın nüvə proqramı ətrafındakı durum və Suriyada sabitliyin daha da möhkəmləndirilməsinə yardım məsələləri ilə bağlı ətraflı fikir mübadiləsi aparılıb", – məlumatda qeyd olunur.
 
/report
OXŞAR XƏBƏRLƏR