Putin Paşinyanla Qarabağı müzakirə edib

Putin Paşinyanla Qarabağı müzakirə edib
SİYASƏT
14:00 21.11.2021
1085
Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub.

Bu barədə Kremlin mətbuat xidməti bildirib.

"2020-ci ilin 10 noyabr və 2021-ci ilin 11 yanvar tarixlərində imzalanmış üçtərəfli bəyanatların yerinə yetirilməsi kontekstində regiondakı vəziyyətin və onun sabitləşdirilməsi üçün görülən tədbirlərin müzakirəsi davam etdirilib. Nikol Paşinyan Rusiyanın fəal vasitəçilik səylərinə görə minnətdarlığını bildirib”-deyə, məlumatda deyilir.

Qeyd edək ki, bu, tərəflər arasında həftə ərzində baş tutan sayca ikinci telefon danışığıdır.
OXŞAR XƏBƏRLƏR