"Vaqner”in lideri Priqojinin təyyarəsi qəzasında ölümündən sonra Kreml diqqətçəkən açıqlama verib.
AZXEBER.COM xəbər verir ki, Kremlin sözçüsü Dmitri Peskov Qərbdə Priqojinin Putinin göstərişi ilə öldürüldüyünə dair iddiaları yalan adlandırıb. Təyyarənin qəzaya uğramasının səbəbləri ilə bağlı araşdırmanın davam etdiyini qeyd edən Peskov Putinin Priqojinlə son vaxtlar görüşmədiyini qeyd edib.
Rusiya liderinin Priqojinin dəfn mərasimində iştirak edib-etməyəcəyi ilə bağlı suala Kremlin sözçüsü belə cavab verib: "Bunu demək çətindir, lakin Putinin çox sıx qrafiki var”.
Ayşən