Putin Qaşıqçı məsələsindən danışdı - “Münasibətimizi niyə korlayaq?”

Putin Qaşıqçı məsələsindən danışdı - “Münasibətimizi niyə korlayaq?”
DÜNYA
21:32 18.10.2018
7088
Rusiya prezidenti Vladimir Putin səudiyyə ərəbistanlı jurnalist Camal Qaşıqçının İstanbulda yoxa çıxması məsələsinə münasibət bildirib.

AZXEBER.COM "Qafqazinfo”ya istinadən xəbər verir ki, Putin Soçidəki Valday Beynəlxalq Müzakirələr Klubunun iclasında bu məsələnin Moskva-Ər-Riyad münasibətlərinə heç bir təsirinin olmayacağını deyib:

"Rusiyanı kimyəvi silahla hücumda ittiham edib sanksiyalar tətbiq edənlər, jurnalistin öldürüldüyünü deyib Səudiyyə Ərəbistanına heç bir sanksiya tətbiq etmirlər. Sözügedən şəxslə bağlı əslində nə baş verdiyini bilmirik. Hadisə ilə bağlı istintaq yekunlaşmadan Ər-Riyadla münasibətlərimizi niyə korlayaq?”.
OXŞAR XƏBƏRLƏR