Putin Qərb antiviruslarına qadağa qoydu

Putin Qərb antiviruslarına qadağa qoydu
DÜNYA
22:51 01.05.2022
466
Rusiya Prezidenti Vladimir Putin Rusiyanın informasiya təhlükəsizliyinin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında fərman imzalayıb.

AZXEBER.COM Ölkə.az-a istinadən xəbər verir ki, sənəd hüquqi informasiyanın rəsmi portalında dərc olunub .

Fərmanda hər bir idarə, qurum və sistem yaradan təşkilatlarda İT təhlükəsizliyi bölmələrinin yaradılması məqsədi müəyyən edilib.

Eyni zamanda, 2025-ci il yanvarın 1-dən qurumlara və dövlət şirkətlərinə "dost olmayan ölkələrdə” hazırlanmış informasiyanın mühafizəsi vasitələrindən (antivirus) istifadə etmək qadağan edilib.
OXŞAR XƏBƏRLƏR