Putin Qərbə mesaj göndərdi: Neftin qiyməti bahalaşacaq

Putin Qərbə mesaj göndərdi: Neftin qiyməti bahalaşacaq
DÜNYA
17:17 17.05.2022
809
Rusiya prezidenti Vladimir Putin növbəti dəfə Qərbə mesaj verib.
 
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin enerji bazarlarında baş verən hadisələrlə bağlı açıqlamalar verib.
 
Putin Qərbin enerji siyasətini sərt şəkildə tənqid edib. O, Qərbin pis qurulmuş siyasətini qlobal enerji sektorunda problemlərin əsas səbəbi hesab edib.
 
Avropanın sırf siyasi səbəblərdən və ABŞ-ın təzyiqi ilə Rusiyanın neft və qaz bazarına daha çox sanksiyalar tətbiq etdiyini vurğulayan Putin Qərbin sanksiyalarının və Rusiya neftinə embarqo ehtimalının neft qiymətlərinin artmasına səbəb olacağını deyib.
 
Ayşən
OXŞAR XƏBƏRLƏR