Xəbər verdiyimiz kimi, Rusiya Prezidenti Vladimir Putin 13 ildən sonra Çeçenistana səfər edib.
AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, Putin səfəri çərçivəsində ilk olaraq Çeçenistanın sabiq lideri Əhməd Kadırovun məzarını, daha sonra Kadirovla birlikdə Qudermesdəki Rusiya Xüsusi Təyinatlılar Universitetini ziyarət edib.
Putin universitetdə Ukraynada döyüşmək üçün təlim keçən çeçen qoşunları və könüllülərlə görüşüb.
"Nə qədər ki, sizin kimi əsgərlərimiz var, biz həmişə yenilməz olacağıq”, - Putin əsgərlərlə görüşündə deyib.
Digər tərəfdən, Rusiya lideri Çeçenistanda məsciddə ona hədiyyə edilən Qurani-Kərimi öpüb.
Həmin görüntüləri təqdim edirik:
Mikayıl