Putin: Rusiya ABŞ ilə münasibətləri normallaşdırmağa hazırdır

Putin: Rusiya ABŞ ilə münasibətləri normallaşdırmağa hazırdır
DÜNYA
12:06 22.12.2024
189
Rusiya ABŞ və digər Qərb ölkələri ilə münasibətləri normallaşdırmağa hazırdır.

"Report"un məlumatına görə, bunu Rusiya Prezidenti Vladimir Putin yerli mətbuata müsahibəsində deyib.

Putin Rusiya - ABŞ münasibətlərinin bərpası barədə danışarkən söyləyib ki, istək olsa, hər şey mümkündür.

Onun sözlərinə görə, beynəlxalq münasibətlərdə hər şey dəyişir, yalnız maraqlar dəyişməz qalır: "Başqa ölkələrlə əlaqələr qurmaq üçün imkanlar və perspektivlər var. Biz buna hazırıq. Amma bu, Rusiyanın maraqlarına zidd olmamalıdır".
OXŞAR XƏBƏRLƏR