Putin: "Rusiya bütün məhvetmə vasitələrindən istifadə edəcək"

DÜNYA
23:36 28.11.2024
228
"Ukrayna nüvə silahı alarsa, Rusiya bütün məhvetmə vasitələrindən istifadə etməyə məcbur olacaq".

AZXEBER.COM Oxu.Az-a istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Qazaxıstana dövlət səfərinin yekununda keçirdiyi mətbuat konfransında TASS-ın sualını cavablandırarkən deyib.

"Əgər hərbi əməliyyatlar apardığımız ölkə nüvə gücünə çevrilirsə, bu halda Rusiyanın məhvetmə vasitələrindən, yəni tam olaraq hər şeydən istifadə etməliyik", - Rusiya prezidenti bildirib.

"Biz buna imkan verməyəcəyik", - Putin əlavə edib.

OXŞAR XƏBƏRLƏR