"Rusiya Əfqanıstana əsgər göndərməyəcək"
AZXEBER.COM Qərb mediasına istinadən xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin rus əsgərlərinin indiki dövrdə Əfqanıstanda olmayacağı açıqlamasını verib.
Əfqanıstanda baş verənlərin bu ölkənin daxili məsələsi olduğunu vurğulayan Putin, rus əsgərlərinin Əfqanıstana girməyəcəyini ifadə edib:
"Bildiyiniz kimi, Əfqanıstan çətin bir dövr yaşayır. Bu vəziyyəti yaxından izləyirik. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzv dövlətləri ilə əlaqə saxlayırıq. Təbii ki, Əfqanıstanın daxili işlərinə qarışmayacağıq, silahlı qüvvələrimizi münaqişə vəziyyətinə salmayacağıq. Cünki hələ də davam edən münaqişə var. Bu, onilliklərdir ki, davam edir".
Ölkənin təhlükəsizliyi üçün qurumlara təlimat verən Putin, "Bütün qurumların koordinasiyalı işi də son dərəcə əhəmiyyətlidir. Hökumətdən, Xarici İşlər Nazirliyindən, hüquq-mühafizə orqanlarından və millət vəkillərindən bütün əsas sahələrdə işlərini gücləndirməsini xahiş edirəm” deyə vurğulayıb.
Ayşən Mirzəyeva