Rusiya xarici işçi qüvvəsində maraqlıdır, lakin onlar qanundan çıxmayan vətəndaşlar olmalıdırlar.
Bunu Rusiya Prezidenti Vladimir Putin Tacikistanda mətbuat konfransında bəyan edib.
O, həmçinin əlavə edib ki, miqrantlar ölkəyə lazımlı olmalıdırlar.
"Biz bunun bizə lazımlı işçi qüvvəsi olmasında, insanların özlərinin də orada layiqli şəraitdə yaşamalarında və qanunlarımıza, qaydalarımıza riayət etmələrində maraqlıyıq", - prezident vurğulayıb.
"Yeri gəlmişkən, bu, hər şeydən əvvəl dillə də bağlıdır", - Putin əlavə edib.