Rusiya Prezidenti Vladimir Putin Ukraynanın NATO üzvü olması və Rusiyanın Avropaya hücum niyyəti ilə bağlı iddialara cavab verib.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, Çində səfərdə olan Vladimir Putin Rusiyanın Avropa və NATO-ya hücum etmək istəməsi ilə bağlı açıqlamanı yalan və cəfəngiyyat kimi qiymətləndirib:
Putinin bəyanatında aşağıdakılar yer alıb:
"NATO-ya üzvlük Rusiya üçün qəbuledilməzdir. Biz bunu Alyaskada müzakirə etdik. İnanıram ki, bizim güzəştə getmək imkanımız var. Biz Ukraynanın AB üzvlüyünə qarşı çıxmamışıq. Məqsədimiz maraqlarımızı qorumaqdır. Bizim heç bir ölkəyə hücum etmək niyyətimiz yoxdur. Rusiyanın Avropaya hücum etmək niyyəti ilə bağlı iddialar ya təxribatdır, ya da gözdən salmaqdır".
Gülay