Putin Rusiyanın Ukrayna ilə nə vaxt danışıqlar apara biləcəyini açıqlayıb

Putin Rusiyanın Ukrayna ilə nə vaxt danışıqlar apara biləcəyini açıqlayıb
DÜNYA
20:48 14.06.2024
215
Rusiya günü sabah Ukrayna ilə danışıqlar masasına oturmağa hazırdır.

"Report”un Rusiya bürosunun məlumatına görə, bunu Rusiya Prezidenti Vladimir Putin Xarici İşlər Nazirliyində deyib.

O qeyd edib ki, Rusiyanın iştirakı olmadan, onunla səmimi dialoq olmadan Ukraynada nizamlanmaya nail olmaq mümkün deyil.

Rusiya lideri Qərbin ikiüzlü şəkildə Rusiyanı danışıqlara çağırdığını, lakin Ukraynaya danışıqlar aparmağı qadağan etdiyini və bunun axmaqlıq olduğunu bildirib.
OXŞAR XƏBƏRLƏR