Ukraynalı jurnalistdən Putinə ETİRAZ
Ukraynalı jurnalist Dmitri Qordon Rusiyada ona qarşı üç maddə üzrə cinayət işi açıldıqdan sonra Putinə müraciət edib.
AZXEBER.COM xəbər verir ki, müraciətdə deyilir:
"Putin, Siz nə Ukraynanı, nə də məni qorxuda bilməzsiniz!
Cinayətkar mən deyiləm! Nasist cinayətkarı Sizsiniz! Və Siz yeni tribunalda nasistlərin oturduğu yerdə oturacaqsınız! Çünki Ukraynaya qarşı törətdiyiniz cinayətlər "İkinci Dünya Müharibəsi zamanı nasistlərin törətdiyi cinayətlər"ə oxşayır! Sizi təkcə yerdə deyil, cənnətdə də hökm gözləyir! Siz və əlaltılarınız cəhənnəmdə yanacaqsınız!
Düşmən məğlub olacaq, qələbə bizim olacaq! Yaşasın Ukrayna!" - deyə Qordon bildirib.