Putin sülhməramlıların Qarabağdakı fəaliyyətini yüksək qiymətləndirdi

Putin sülhməramlıların Qarabağdakı fəaliyyətini yüksək qiymətləndirdi
SİYASƏT
16:03 21.12.2021
472
"Rusiya sülhməramlılarının fəaliyyəti sayəsində Qarabağda humanitar şərait yaxşılaşdırılıb”.

Bunu Rusiya Prezidenti Vladimir Putin Müdafiə Nazirliyinin genişləndirilmiş kollegiya iclasında bildirib.

"Bir ildən artıqdır bizim sülhməramlılar Qarabağda sabitliyin dəstəklənməsinə yardım edir. Onların səyi nəticəsində humanitar vəziyyət yaxşılaşıb, bir sıra rayonlar minalardan təmizlənib, sosial infrastruktur obyektlər bərpa olunub, tarixi və mədəni abidələr qorunub”, V.Putin qeyd edib.

Rusiya Prezidenti sülhməramlılara təşəkkürünü bildirib.
OXŞAR XƏBƏRLƏR