Putin tarixə düşə bilər: Alyaskaya səfər edən ilk rus lider olacaq

Putin tarixə düşə bilər: Alyaskaya səfər edən ilk rus lider olacaq
DÜNYA
14:22 11.08.2025
266
Rusiya Prezidenti Vladimir Putin ABŞ-nin 1867-ci ildə Rusiyadan aldığı Alyaskaya səfər edən ilk Rusiya lideri olacaq.

AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, Ukrayna məsələsi və ikitərəfli münasibətləri müzakirə etmək üçün avqustun 15-də ABŞ prezidenti Donald Trampla görüşəcək Vladimir Putin uzun illərdən sonra ilk səfərini Alyaskaya edəcək.

2015-ci ildə Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasında iştirak etmək üçün Nyu-Yorka gedən Putin onun ABŞ-yə son səfəri hesab olunur.
 
Keçmişdə Nikita Xruşşov, Leonid Brejnev, Mixail Qorbaçov, Boris Yeltsin və Dmitri Medvedev ABŞ-yə səfər etsələr də, Putin Alyaskaya səfər edən ilk Rusiya lideri kimi tarixə düşəcək.

Alyaska ərazisi əvvəllər Rusiyaya məxsus olub, lakin oranın satılması fikri 1857-ci ildə rus çarı II Aleksandrın qardaşı Knez Konstantin Nikolayeviç tərəfindən irəli sürülüb.

Daha sonra Çar II Aleksandrın icazəsi ilə Alyaska 30 mart 1867-ci ildə ABŞ-yə satılıb.

Həmin vaxt ABŞ təxminən 1.518.800 kvadrat kilometr ərazi üçün ruslara 7,2 milyon dollar ödəyib.

Bu rəqəmin bugünkü dəyəri ilə 150 milyon dollardan çox olduğu bildirilir.

Birləşmiş Ştatlar Alyaskanı həm strateji, həm də iqtisadi potensiala malik hesab etdiyi üçün alıb.
 
Rusiya ilə ABŞ arasında sərhədi təşkil edən bu bölgə əsas saat qurşağının dəyişmə nöqtəsidir.
 
İki ölkə arasında bu qədər qısa məsafə olmasına baxmayaraq, vaxt fərqi 21 saatdır.

Mikayıl
OXŞAR XƏBƏRLƏR