Putin Trampın xanımına təşəkkür etdi

Putin Trampın xanımına təşəkkür etdi
DÜNYA
23:57 16.10.2025
104
Rusiya Prezidenti Vladimir Putin ABŞ Prezidenti Donald Tramp vasitəsilə ABŞ-ın birinci xanımı Melaniya Trampa rus və ukraynalı uşaqların ailələri ilə birləşdirilməsi məsələsində fəal iştirakına görə təşəkkürünü çatdırıb.

Bu barədə Tramp özünün Truth Social sosial şəbəkəsində məlumat verib.

"Prezident Putin birinci xanım Melaniyaya uşaqlarla bağlı işlərdə iştirakına görə təşəkkür etdi. O, çox minnətdar olduğunu bildirdi və bu işin davam etdiriləcəyini söylədi”, — deyə ABŞ Prezidenti qeyd edib.
OXŞAR XƏBƏRLƏR