Putin Ukraynanın böyük şəhərlərini yaşayış üçün yararsız hala salmağı tapşırıb - KİV

Putin Ukraynanın böyük şəhərlərini yaşayış üçün yararsız hala salmağı tapşırıb - KİV
DÜNYA
18:46 17.10.2026
153
Ukrayna kəşfiyyatı Rusiyaya məxsus, ölkənin böyük şəhərlərində elektrik enerjisi, istilik, su təchizatı və kanalizasiya sistemlərinin sıradan çıxarılmasını nəzərdə tutan sənədi ələ keçirib.

Bu barədə "The Guardian” yazıb.

Nəşrin yazdığına görə, sənəddə Ukraynanın iri şəhərlərində həyatı dözülməz hala gətirmək planı əks olunub.

Rusiya tərəfi kritik infrastrukturun konkret obyektlərini dağıtmaq üçün nə qədər raket və pilotsuz uçuş aparatı tələb olunduğunu da hesablayıb.

Plan çərçivəsində Kiyevə xüsusi diqqət yetirilir. Ən pis ssenariyə əsasən, paytaxt sutka ərzində 20 saata qədər elektrik enerjisiz qala bilər.

Strategiyanın əsas məqsədinin humanitar böhran yaratmaq, insanları şəhərləri tərk etməyə məcbur etmək və Ukraynaya təzyiqi artırmaq olduğu bildirilir.
 
///bizimmedia///
OXŞAR XƏBƏRLƏR