Putin Ukraynanın yeni hökuməti ilə əməkdaşlığa hazırdır

DÜNYA
11:00 29.01.2014
1332
Rusiya kimin rəhbərlik etməsindən asılı olmayaraq Ukraynanın yeni hakimiyyəti ilə dialoq aparmağa hazırdır. 
ANS PRESS “Rosbalt”a istinadən bildirir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin Brüsseldə Rusiya - Avropa Birliyi sammitinin yekunları ilə bağlı mətbuat konfransında deyib. 
Rusiya prezidentinə hökumətin dəyişməsi şəraitində Rusiyanın Ukraynaya maliyyə yardımı edib-etməyəcəyi, qazın qiymətində güzəştlərin taleyi barədə sual verilib. “Ukrayna hökumətinə kim başçılıq edirsə-etsin, biz ukraynalı tərəfdaşlarımız ilə birlikdə olacağıq, onlarla dialoq aparacağıq”, - deyə Putin cavab verib.
O davam edib: “Əgər hakimiyyətə müxalifət gələrsə, kreditlər və energetika üzrə anlaşmalarımıza yenidən baxmayacağıq”. Bununla yanaşı, Putin bildirib ki, Ukrayna 2014-cü ildə ucuz qiymətlə verilən qaza görə ödənişlərə möhlət müddəti istəyir. 
OXŞAR XƏBƏRLƏR