Putin və Baydenin qarşıdakı görüşündə müzakirə olunacaq məsələlər açıqlandı

Putin və Baydenin qarşıdakı görüşündə müzakirə olunacaq məsələlər açıqlandı
DÜNYA
23:33 18.11.2021
375
Rusiya və ABŞ prezidentləri Vladimir Putinlə Cozef Baydenin qarşıdakı görüşündə müzakirə olunacaq məsələlər açıqlanıb.

AZXEBER.COM Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov açıqlama yayıb.

Peskov bildirib ki, bu ilin sonuna qədər baş tutacaq danışıqlarda bir sıra məsələlərə aydınlıq gətiriləcək.

"Ukrayna ətrafında çoxlu mübahisələr var. NATO silahlı qüvvələrinin sərhədlərimiz yaxınlığında təxribat xarakterli hərəkətləri ola bilər ki, bu da bizi biganə buraxa bilməz və narahatlığa səbəb olur”, - Kremlin sözçüsü deyib.

O, hələlik görüşün konkret tarixinin olmadığını qeyd edib.

"Bu, prezidentlərin iş qrafikindən və onların hansı formatı seçməsindən asılı olacaq", - Peskov əlavə edib.
OXŞAR XƏBƏRLƏR