Rusiya prezidenti Vladimir Putin və Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan telefon vasitəsilə Suriyadakı vəziyyəti müzakirə ediblər.
AZXEBER.COM-un Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.“Liderlər regional vəziyyət, ilk növbədə Suriya və onun ətrafındakı vəziyyətlə bağlı fikir mübadiləsi aparıblar. Böhranın siyasi cəhətdən nizamlanması naminə qüvvələrin əlaqələndirilməsi istiqamətində hər iki tərəf hazır olduğunu ifadə edib. Tərəflər müntəzəm olaraq əlaqə saxlanılması barədə razılığa gəliblər”, - deyə məlumatda bildirilir.Söhbət zamanı liderlər ikitərəfli qarşılıqlı fəaliyyətin aktual məsələlərini müzakirə ediblər.