Rusiya prezidenti Vladimir Putin və Şimali Koreya lideri Kim Çen In Pekində Diaoyutai iqamətgahında ikitərəfli görüş keçirirlər.
Putin Pekində Kim Çen Inla görüşməkdən şad olduğunu bildirib.
Rusiya prezidenti qeyd edib ki, Kim Çen Inın təşəbbüsü ilə KXDR hərbçiləri Kursk vilayətinin "azad edilməsi"ndə iştirak edib: "Koreya əsgərləri Kursk vilayətində cəsarətlə və qəhrəmancasına döyüşüblər, Rusiya bunu heç vaxt unutmayacaq".
/APA