Putin və Lukaşenko sərhəd böhranını müzakirə etdilər

Putin və Lukaşenko sərhəd böhranını müzakirə etdilər
DÜNYA
23:55 29.11.2021
420
Rusiya Prezidenti Vladimir Putin və Belarus Prezidenti Aleksandr Lukaşenko arasında telefon danışığı olub.
 
AZXEBER.COM xəbər verir ki, bu barədə Rusiya liderinin mətbuat katibi Dmitri Peskov deyib. Onun sözlərinə görə, prezidentlər Belarus-Polşa sərhədindəki mövcud vəziyyəti müzakirə ediblər.

Qeyd edək ki, hazırda Belarus ilə Polşa arasında sərhəd regionunda Yaxın Şərq və Afrikadan minlərlə miqrant Polşaya və bununla da Avropa İttifaqı ərazisinə daxil olmağa çalışır. Polşa Parlamentinin aşağı palatası (Seym) noyabrın 17-də sərhəd mühafizəsini gücləndirmək məqsədilə sərhədyanı bölgələrdə hərəkətin və media azadlığının müvəqqəti məhdudlaşdırılmasına icazə verən qanun layihəsini qəbul edib.

Polşa hökuməti bu qanun vasitəsilə sərhədyanı ərazilərdə hərəkəti tam dondurmağa çalışır. Hazırda Belarusla sərhəd regionda elan edilmiş fövqəladə vəziyyət rejimi dekabrın 2-dək qüvvədə olacaq.
OXŞAR XƏBƏRLƏR