Putin və Medvedyev “Gey parad”da - FOTOLAR

Putin və Medvedyev “Gey parad”da - FOTOLAR
10:45 26.06.2012
2675

Berlində yüzminlərlə insan şənbə günü keçirilən ənənəvi “gey parad”-da iştirak edib.

Tədbirin açılışını Berlinin homoseksual meri Klaus Vovereyt edib.

Təşkilatçıların dediyinə görə, 34-cü indönümü qeyd edilən paradda 700 min nəfər iştirak edib. Parad zamanı Rusiyada homoseksuallara olan ayrı-seçkiliktənqid edilib. İştirakçılardan bəziləri Rusiya prezidenti Vladimir Putin və Baş nazir Dmitri Medvedevin nəhəng portretlərini əllərində tutublar.

Qeyd edək ki, “gey parad”lar Moskvada qadağan edilib və 2006-cı ildən bəri təşkilatlar nə qədər cəhd etsələr də, polis tədbirləri dağıdıb. Homoseksuallıq 1993-cü ilə qədər Rusiyada cinayət, 1999-cu ilə qədər isə ruhi xəstəlik hesab edilirdi.

ann.az

OXŞAR XƏBƏRLƏR