Putin xərçəngə yoluxub: Onu kim əvəzləyəcək?

Putin xərçəngə yoluxub: Onu kim əvəzləyəcək?
DÜNYA
13:22 02.05.2022
1985
Rusiya prezidenti Vladimir Putinin xərçəngdən əziyyət çəkdiyi deyilir. 

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Ukraynada müharibə bütün sürəti ilə davam edərkən Rusiya prezidenti ilə bağlı diqqəti cəlb edən iddia irəli sürülüb. 

Məlumata görə, Putin xərçəng əməliyyatı keçirəcək. 

Britaniya mediası Rusiya lideri Putinin xərçəng müalicəsi çərçivəsində əməliyyat olunacağını açıqlayıb. Sözügedən xəbərin Kremldəki mənbəyə əsaslandığı açıqlanıb.

İddialara görə, Putin əməliyyatda olarkən kreslosunu 2008-ci ildən Rusiya Təhlükəsizlik Şurasının rəhbəri vəzifəsində çalışan Nikolay Patruşevə verməyi düşünür.

Qeyd edək ki, Rusiya dövlətinin digər mühüm qolu olan Federal Təhlükəsizlik Xidmətinə (FSB) rəhbərlik edən Patruşev bürokratiyada çox güclü bir fiqur kimi seçilir.
OXŞAR XƏBƏRLƏR