Rusiya Prezidenti Vladimir Putin Misirdə tikintisinə başlanan nüvə obyektinin təməlqoyma mərasimində videokonfrans vasitəsilə iştirak edib.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Misir-Rusiya münasibətlərinə diqqət çəkən Putin xüsusilə Fələstin-İsrail münaqişəsindəki faciəvi hadisələrlə bağlı Msiir Prezidenti Əbdülfəttah Əs-Sisi ilə əlaqə saxladığını deyib.
Rusiya ilə Misir arasında son illərdə sürətlənən əməkdaşlıq davam edir.
İkitərəfli əlaqələrin inkişaf etdiyinə diqqət çəkən Putin deyib:
"Misirdə Rusiya-Misir əlaqələri üçün çox əhəmiyyətli bir layihə olan ilk atom elektrik stansiyasının inşasında yeni mərhələ başlayır. Bu, şübhəsiz ki, ikitərəfli münasibətlərə əhəmiyyətli töhfə verəcək Ümumiyyətlə, biz cənab Sisi ilə daim əlaqə saxlayırıq. Keçən il Rusiya-Afrika sammitində görüşmüşdük. Biz mütəmadi olaraq ölkələrimiz üçün beynəlxalq və regional gündəliyin ən vacib məsələlərini işıqlandırırıq. Biz faciəvi hadisələr, xüsusilə Fələstin-İsrail münaqişəsi ilə bağlı fikir mübadiləsi aparır, mövqelərimizi əlaqələndirir, humanitar xarakterli problemləri həll edirik”.
Ayşən