Putin: Yaxın Şərqdə neft hasilatı yaxın bir ayda dayana bilər
DÜNYA
03:16 10.03.2026
135
Rusiya Prezidenti Vladimir Putin bildirib ki, Hörmüz boğazı vasitəsilə ixraca yönəlmiş Yaxın Şərq neft hasilatı yaxın bir ay ərzində tamamilə dayana bilər.
Putin bu barədə dünya neft və qaz bazarındakı vəziyyətə həsr olunmuş müşavirədə danışıb.
"Bu proses artıq azalmağa başlayıb”, – deyə Rusiya prezidenti qeyd edib.
Putinin sözlərinə görə, regionda neft anbarları dolur və bu neftin daşınması çox baha başa gəlir.