Putin özbəkistanlı həmkarı ilə müzakirə APARDI

Putin özbəkistanlı həmkarı ilə müzakirə APARDI
DÜNYA
21:53 11.06.2025
719
Rusiya prezidenti Vladimir Putin və Özbəkistan prezidenti Şavkat Mirziyoyev telefonla iqtisadi və enerji layihələrinin icrasını müzakirə ediblər.

AZXEBER.COM "Unikal"a istinadən xəbər verir ki, bu barədə Kremlin saytında məlumat verilib.

"Hər iki tərəf Rusiya nümayəndə heyətinin də iştirak etdiyi IV Daşkənd Beynəlxalq İnvestisiya Forumunun uğurla keçirildiyini qeyd edib. Həmçinin bir sıra ikitərəfli iqtisadi və enerji layihələrinin praktiki həyata keçirilməsi məsələləri müzakirə edilib", - Kremlin mətbuat xidmətindən bildirilib.

Özbəkistan Prezidenti də qarşıdan gələn milli bayram - Rusiya Günü münasibətilə Rusiya liderini və bütün rusiyalıları səmimi təbriklərini çatdırıb.

OXŞAR XƏBƏRLƏR