xari

Putin Zelenskinin Donbasda görüşmək təklifinə cavab verdi

DÜNYA
21:52 22.04.2021
1157
Rusiya prezidenti Vladimir Putin Ukrayna dövlət başçısı Vladimir Zelenskinin onunla Donbasda görüşmək barədə təklifini cavablandırıb.

AZXEBER.COM xəbər verir ki, Putin Zelenskinin ikitərəfli münasibətləri bərpa etmək cəhdlərini alqışlayıb.

"Əgər o, münasibətləri bərpa etmək istəyirsə, biz bunu yalnız alqışlayacağıq”, - deyə Rusiya prezidenti bəyan edib.

Putin bildirib ki, əgər Ukrayna prezidenti ikitərəfli münasibətləri müzakirə etmək fikrindədirsə, onu istənilən vaxt Moskvada qəbul etməyə hazırdır.

Yox, əgər Donbasla bağlı danışmaq istəyirsə, ilk öncə Donetsk və Luqansk Xalq Respublikaları, yalnız bundan sonra Rusiya rəhbərliyi ilə görüşməlidir.   

OXŞAR XƏBƏRLƏR