Putin özünün koronavirus testlərinin nəticələrini açıqladı

Putin özünün koronavirus testlərinin nəticələrini açıqladı
DÜNYA
15:04 28.06.2020
2489
Rusiya prezidenti Vladimir Putin bildirib ki, daimi olaraq koronavirusla bağlı testlər verir. Testlərin hamısının nəticələri mənfi olub.

"Report” xəbər verir ki, bu barədə dövlət başçısı "Rossiya-1” telekanalının "Moskva. Kreml. Putin" verilişində deyib.

"Müntəzəm, hər üç-dörd gündə bir dəfə", - deyə prezident testləri tez-tez verməsi barədə suala cavabında bildirib.

Analizlərin nəticələrinin mənfi olub-olmaması bardə suala dövlət başçısı belə cavab verib: "Allaha şükür, hələ ki, bəli".
OXŞAR XƏBƏRLƏR