Putin dünyaya mesaj verib.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Kreml Sarayının bəyanatına görə, Putin Fransa prezidenti Makron və Almaniya kansleri Şolz ilə telefon danışığında Ukraynadakı vəziyyətin cari aspektləri haqqında ətraflı fikir mübadiləsi aparıb.
Putin Makron və Şolzla görüşündə bildirib ki, Rusiya maneəsiz taxıl ixracına, o cümlədən Qara dəniz limanlarında Ukrayna taxılının ixracına hazırdır, lakin bunun üçün Rusiyaya qarşı sanksiyaların ləğvi lazımdır.
Qərbin Ukraynaya silah tədarükünü davam etdirməsinin təhlükəli olduğuna diqqət çəkən Putin bu kontekstdə vəziyyətin daha da qeyri-sabitləşəcəyini və humanitar böhranın şiddətlənəcəyini bildirib.
Qlobal ərzaq təhlükəsizliyinin təmin edilməsi ilə bağlı vəziyyətin də ətraflı müzakirə edildiyi görüşdə Putin Qərb ölkələrinin yanlış iqtisadi və maliyyə siyasəti, habelə anti-Rusiya siyasəti nəticəsində ərzaq təminatındakı çətinliklərin əsl səbəblərini açıqlayıb:
"Rusiya, öz növbəsində, Ukrayna taxılının Qara dəniz limanlarından ixracı da daxil olmaqla, maneəsiz taxıl ixracı variantlarının tapılmasına kömək etməyə hazırdır. Rusiya gübrələri və kənd təsərrüfatı məhsullarının tədarükünün artırılması həm də qlobal ərzaq bazarında gərginliyin azaldılmasına kömək edəcək. Bu, əlbəttə ki, müvafiq sanksiya məhdudiyyətlərinin aradan qaldırılmasına gətirib çıxaracaq”.
Ayşən