Fevralın 24-dən davam edən Rusiya-Ukrayna müharibəsi ilə bağlı Putindən yeni açıqlama gəlib.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin Rusiyanın Ukraynada ilhaq etdiyi dörd bölgədə vəziyyətin "son dərəcə ağır” olduğunu bəyan edib və Rusiya kəşfiyyat orqanı Federal Təhlükəsizlik Xidmətinə (FSB) oradakı insanların təhlükəsizliyini təmin etməyi tapşırıb.
Rusiya Təhlükəsizlik Qüvvələri Gününün qeyd olunması mərasimində çıxış edən Putin ölkədə müşahidə tədbirlərinin artırılmasına çağırıb. Putinin çıxışı dünən Belarus səfərindən sonra baş tutub. Sözügedən səfər Rusiyanın Ukraynaya qarşı yeni cəbhə açmaq üçün Belarusdan yardım ala biləcəyi ilə bağlı narahatlıqları artırsa da, Kreml bu iddiaları təkzib edib.
Digər tərəfdən, "Donetsk və Luqansk "xalq respublikaları"nda, Xerson və Zaporojye vilayətlərində vəziyyət son dərəcə çətindir. Amma orada yaşayan insanlar sizə, sizin müdafiənizə ümid edir", – deyə Putin bildirib.
Ayşən