Putindən miqrantlarla bağlı gözlənilməz FƏRMAN

Putindən miqrantlarla bağlı gözlənilməz FƏRMAN
SİYASƏT
11:33 21.03.2025
284
Putin Rusiyada miqrantların məşğulluğunun sadələşdirilməsi haqqında fərman imzalayıb.

AZXEBER.COM Bizim.Mediaya istinadən xəbər verir ki, müvafiq fərman hüquqi aktların rəsmi portalında yerləşdirilib.

Sənədə əsasən, əcnəbilər barmaq izi alındıqdan sonra Rusiya Federasiyasında patentsiz işləyə biləcəklər.

Miqrantlar barmaq izindən əlavə, narkotik və təhlükəli yoluxucu xəstəliklərlə bağlı tibbi müayinədən də keçməlidirlər.

"Xarici vətəndaşlar və vətəndaşlığı olmayan şəxslər Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin ərazi orqanında şəxsiyyəti müəyyən edilməli olan əmək fəaliyyəti ilə məşğul olmaq hüququna malikdirlər", - sənəddə deyilir. 
OXŞAR XƏBƏRLƏR