Putindən Polşaya açıq təhdid: "Qərb torpaqları Stalinin polyaklara hədiyyəsidir"

Putindən Polşaya açıq təhdid: "Qərb torpaqları Stalinin polyaklara hədiyyəsidir"
DÜNYA
16:19 21.07.2023
259
Rusiya Prezidenti Vladimir Putin Polşanı təhdid edən açıqlamalar verib.
 
AZXEBER.COM Rusiya mediasına istinadən xəbər verir ki, Putin bildirib ki, "İndiki Polşanın qərb torpaqları Stalinin polyaklara hədiyyəsidir. Varşavadakı dostlarımız bunu unudublarmı? Biz onlara xatırladacağıq".

Ukraynaya silah daşınmasının davam edə biləcəyini, ancaq bunun münaqişəni uzatdığını ifadə edən Putin "Bəzi NATO ölkələrində keçmiş sovet sursatları və silah ehtiyatları böyük ölçüdə tükənib. Qərbdə mövcud istehsal gücləri də texnika və sursat ehtiyatlarını tez bir zamanda doldurmaq üçün kifayət etmir”, - fikirlərini söyləyib.
 
Qərb ölkələrinin Ukraynanın əks-hücumundan razı qalmadığını ifadə edən Putin "Aydındır ki, Kiyev rejiminin qərbli kuratorları Ukrayna hakimiyyətinin elan etdiyi qondarma əks-hücumun nəticələrindən məyusdur. Nə Kiyevə vurulan böyük resurslar, nə də Qərb silahları kömək edir”, - deyib.

Ukraynanın "intihar hücumları" səbəbiylə əhəmiyyətli itkilər verdiyini qeyd edən Putin, "Ukrayna ordu birləşmələri intihar hücumları nəticəsində böyük itkilər verdi. Bu itkilər on minlərlə, daha doğrusu on minlərlə idi”. dedi.

Polşanın Ukraynaya qoşun yeritməyi planlaşdırdığına dair xəbərləri gördüyünü qeyd edən Putin "Polşa liderlərinə gəlincə, onlar yəqin ki, NATO çətiri altında koalisiya qurmağı, sonra da özlərinə böyük bir parça qoparmağı planlaşdırırlar. İnanclarına görə, onlar öz tarixi torpaqlarını, yəni indiki Qərbi Ukraynanı geri qaytarmaq üçün Ukraynadakı münaqişəyə birbaşa müdaxilə etməyi gözləyirlər. Məlumdur ki, onlar da Belarus torpaqlarını arzulayırlar”, - qiymətləndirməsini edib.
 
Belarusun Rusiyanın müttəfiqi olduğunu vurğulayan Putin "Belarusa təcavüz Rusiyaya təcavüz deməkdir” deyib.
 
Mikayıl
OXŞAR XƏBƏRLƏR