Putindən Qara dənizdə batan tankerlərlə bağlı TAPŞIRIQ

DÜNYA
22:15 09.01.2025
217
Rusiya Prezidenti Vladimir Putin Qara dənizdə batan iki tankerin qaldırılması planının hazırlanması ilə bağlı tapşırıq verib.

AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, Putin bunu Rusiya hökumətinin üzvlərinin iştirakı ilə keçirdiyi müşavirədə deyib.

"Batmış tankerlərdən neft məhsullarının sızmasının qarşısının alınması üçün bütün tədbirlər görülməlidir. Daha sonra bu tankerlərin qaldırılması üçün planlar hazırlamaq lazımdır", - Rusiya Prezidenti bildirib.

OXŞAR XƏBƏRLƏR