Putindən qəribə istək: 78 yaşına çatanda...

Putindən qəribə istək: 78 yaşına çatanda...
DÜNYA
22:45 21.07.2022
799
Vladimir Putin Rusiyada hakimiyyət orqanlarına 2020-ci illərin sonuna kimi vətəndaşların orta ömrünü 78 yaşa çatdırmağı tapşırıb.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, 2030-cu ildə 78 yaşı tamam olacaq 69 yaşlı Putin deyib ki, sağlamlıq və həyat standartlarına cavabdeh olan məmurlar bu məqsədə doğru davamlı irəliləyiş etməlidirlər.

"Bütövlükdə bu, yaxşı nəticədir, lakin 2030-cu ilə qədər Rusiyada gözlənilən ömür uzunluğunun 78 yaşa qədər artırılması hədəfinə doğru davamlı şəkildə irəliləmək vacibdir”, -deyə Putin bildirib.

Putin həmçinin hepatit C və şəkərli diabetlə mübarizəyə yönəlmiş yeni proqramların həyata keçirilməsini yüksək qiymətləndirib.  Putin deyib ki, hakimiyyət Rusiya vətəndaşlarının həyat keyfiyyətinin yaxşılaşdırılması, o cümlədən yoxsulluğun azaldılması üzərində çalışmalıdır.
 
Aydın
OXŞAR XƏBƏRLƏR