Putin Ukraynanı hədələdi: Kiyev rejiminin cinayətləri cəzasız qalmayacaq

Putin Ukraynanı hədələdi: Kiyev rejiminin cinayətləri cəzasız qalmayacaq
DÜNYA
15:06 10.10.2022
237
"Kiyev rejiminin cinayətlərini cavabsız qoymaq mümkün deyil".

Bunu Rusiya Prezidenti Vladimir Putin bu gün Təhlükəsizlik Şurasının üzvləri ilə keçirdiyi müşavirədə bildirib.

Rusiya prezidenti xəbərdarlıq edib ki, əgər Ukrayna Rusiya Federasiyası ərazisində terror aktları törətməyə davam etsə, cavablar sərt olacaq.

"Əgər ərazimizdə terror aktları törətmək cəhdləri davam edərsə, Rusiyanın cavabları sərt olacaq və miqyasına görə Rusiya Federasiyasının yaratdığı təhdidlərin səviyyəsinə uyğun olacaq”, - Putin bildirib.

O həmçinin bu gün səhər Ukraynanın şəhərlərinə endirilən raket zərbələri barədə də danışıb.

"Səhər yüksək dəqiqlikli silahlarla Ukraynanın enerji, hərbi və rabitə infrastrukturlarına kütləvi zərbələr endirilib. Ukrayna terror aktlarını Rusiya ərazisində davam edəcəyi halda bizim cavabımız sərt və öz miqyasına görə həmin təhdid səviyyəsinə müvafiq olacaq”, - Putin qeyd edib.
OXŞAR XƏBƏRLƏR