Putindən Türkiyəyə böyük jest

Putindən Türkiyəyə böyük jest
DÜNYA
14:44 01.11.2022
357
Üçtərəfli zirvə toplantısından sonra Azərbaycan və Ermənistan liderləri ilə mətbuat konfransı keçirən Rusiya prezidenti Vladimir Putin cari məsələlərə toxunaraq, Avropa ilə birbaşa işləməyin çox çətin olduğunu bəyan edib və Türkiyədə qaz mərkəzinin tezliklə yaradıla biləcəyini deyib. 
 
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Rusiyanın Soçi şəhərində Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə üçtərəfli sammit keçirən Rusiya prezidenti Vladimir Putin bu görüşdən sonra cari məsələlərlə bağlı mətbuat konfransı keçirib.
 
Azərbaycan və Ermənistan arasında sülh naminə üçtərəfli sammitdən danışan Putin "Burada bu sənədin əsas komponentləri haqqında danışmaq tezdir. Çünki bu, hələlik kompromis məsələsidir. Əgər tərəflər bu razılaşmanı istəyirlərsə, hər iki tərəf bunu bizim vasitəmizlə əldə etməlidir. Biz iki tərəflə danışıqlar apararaq irəliləməyə hazırıq. Razılaşdıq ki, bu təmaslar, danışıqlar, məsləhətləşmələr davam edəcək. Sülh sazişindən danışmaq hələ tezdir. Sərhədlərin müəyyənləşdirilməsi ən vacib məsələdir. Bu gün biz bu barədə çox danışmışıq və ümumilikdə çıxış yolu tapılıb, lakin bəzi ilkin şərtlər var, biz Dağlıq Qarabağda sərhədlərin yaradılmasını dəstəkləməyə hazırıq”, - deyə o bildirib.
 
Mikayıl
OXŞAR XƏBƏRLƏR