Laos Prezidenti Putinə fillər hədiyyə etdi.
AZXEBER.COM xəbər verir ki, Laos, Rusiya ilə diplomatik münasibətlərin 65 illiyi münasibətilə "bir cüt fil” hədiyyə etmək istədiyini bildirib. Bu barədə Laos Respublikasının Prezidenti Thongloun Sisoulith Kremldə Rusiya lideri ilə görüş zamanı deyib.
Məlumatı Kremlin jurnalisti Aleksandr Yunasev özünün Telegram kanalında yayıb.